Amerikalılar insanları 3 qrupa ayırır. Birinci qrupdakılar “HAVE” yəni sahib olanlardır. Doğulan kimi mirasdan və ya işləyərək varlananlardır. İkinci kateqoriya insanlar “HAVE NOT”, yəni sahib olmayanlardır. Bunlara Afrikadakı acları misal gətirə bilərik. Amerikalılara görə 3-cü qrup insanlara “Have but in others hands”, yəni, ”sahibdir, amma sahib olduğu şey başqalarının əlindədir” kimi adlandırırlar. Onlar özlərini də bu üçüncü sinfə aid edirlər.
İndi bu sinifləndirmə ilə dünyaya baxdığıımızda hər şeyin Amerikalılara aid olduğunu görürük. Məsələn, Ərəbistan neft yataqlarına ərəblər sahib ola bilərlər. Amma, Amerikalılar belə düşünür ki, onlar ABŞ-ın sərvətləridir. Sadəcə olaraq bu gün bu yataqlara Ərəblər sahibdirlər!
Amerikalıların bundan sonra edəcəkləri işin məzmunu: “Bu sərvətləri hansı üsullarla öz mənfəətimiz naminə istifadə edə bilərik?” Belə bir iş mexanizminə misal olaraq, ABŞ-ın İraqdakı “Çöl fırtınası” hərəkatını misal çəkmək olar. Həmçinin ABŞ ölkə başçılarını elə inandırır ki, onlar hətta TV-yə çıxıb “1 qoyub 3 götürəcəyik” deyə bilirlər.
ABŞ məhz eyni taktika ilə bütün XƏZƏR neftinə girişib. Onun bölgədə düşündüyü tək şey 700 trilyon dollarlıq Xəzər neftinin istismarıdır. Bu puldan başda Azərbaycan olmaqla bütün Xəzər ölkələrinə qalan “qəpik səsləridir”.
Bir sözlə ölkələrin (3-cü dünya ölkələri) həm sərvət, həm kadr çatışmazlığı, həm ümümən iqtisadiyyatda yaranan ciddi boşluqlar bu ölkələrin xarici borclanmasına səbəb olur. Təbii ki, borcu verən elə sərvətləri satın alanın özüdür! Borclanma isə mövcud ”BORCA ƏSASLANAN PUL SİSTEMİ”nin tələblərinə uyğun olaraq daim artmaqdadır. Aldığı borcdan dəfələrlə artıq borc qaytarmış ölkələr var ki, hələ də borcludurlar. Xarici borcun olması və ən əsası daim artması ölkələrdə büdcə kəsrinin artması deməkdir. Büdcə kəsrinin daim artması isə həm xarici borcun daha da artması, həm vergilərin daim artması, həm inflyasiyanın daim artması, həm də qiymətlərin artması deməkdir. QƏTİYYƏN QİYMƏTLƏRİN DÜŞMƏYİNİ AĞLINIZA GƏTİRMƏYİN. Nə qədər ki neft Qərbə axır, qiymətlər daha sürətli artacaq. Və ağlınıza belə gətirməyin ki, iqtidarlar dəyişsə işlər düzələcək. Virus kapitalist iqtisadi sistemin kökündədir. Sistem dəyişməlidir və dəyişəcək.
Salam hi5-da olmadigim uchun sene yazmamishdim.kechim sohbetimize.deyirsen onlar bizim haqqimizda pis dushunur.Bu her iki terefe aiddir bizdede o cur dushuneneler var.ozun dushun bizim rayionlarimizi cenub rayonu shimali, qerb rayonu sherq rayonunu beyenmir.Bu her yere mexsusdur.Bundan bashqa her turk ad ve familyasi olan turk deyil xususile de bakiya gelenler.Azerbycanin ozundede azerbycan vetendashi adi altinda ne qder bashqa milletler xususilede ermeniler yashayir Turkiyede de o cur.ne ise.sen oz profilinde yazdigin kimi her eve bir Azerbyacan ve bir Turkiye bayragi lazimdir bu ele bele soz deyil bu cumlenin altinda boyuk mena durur.
semimi fikirlerin üçün çox sağol qaqaş. 21ci esrde yaşayırıq bele melumatları tapmaq o qeder çetin deyil internet vasitesi ile..esas odur ki,isteyesen axtarasan tapasan. sene ugurlar.sagol
Dediklerinle raziyam ama turklerden xoshum gelmir sozu ile hech razi deyilem.Ozun dediyin kimi Turkiyenin chox boyuk ehalisi var bu da o demekdir ki bir o qeder de ferqli insanlar var.Bir-iki nefere gore onlar haqqinda bele dushunmek mence duzgun olmazdi.Onlardada senin kimi bizim haqqimizda dushuneneler var.Bir onu bilmeliyik ki bize onlar qeder yaxin ve elecede onlara bizim qeder yaxin bir dovlet yoxdur.